İdman
Norveç millisi hokkey üzrə dünya çempionatı tarixində ilk dəfə medal qazandı
İsveçrənin Sürix şəhərində hokkey 2026-cı il dünya çempionatının üçüncü yer uğrunda oyunu keçirilib. Oxu.Az "Çempionat"a istinadla xəbər verir ki, Kanada və Norveç milli komandaları arasında baş tutan görüş Norveçin əlavə vaxtda 3:2 hesablı qələbəsi ilə yekunlaşıb və skandinaviyalılar çempionatın bürünc medallarına yiyələniblər. Bu, Norveçin hokkey millisi üçün dünya çempionatları tarixində ilk medal olub. Qeyd edək ki, dünya çempionatının finalında İsveçrə və Finlandiya milli komandaları qarşılaşacaq.
Mənbə
oxu.az