İdman

Kvaratsxeliya Çempionlar Liqasının mövsümün oyunçusu seçildi

31 May 2026, 20:24 1 baxış
Kvaratsxeliya Çempionlar Liqasının mövsümün oyunçusu seçildi
Fransanın PSJ futbol klubunun gürcü yarımmüdafiəçisi Xviça Kvaratsxeliya UEFA Çempionlar Liqasında mövsümün ən yaxşı oyunçusu seçilib. Oxu.Az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb. Kvaratsxeliya turnirdə keçirdiyi 16 oyunda 10 qol vurub və 7 məhsuldar ötürmə edib. 25 yaşlı futbolçu 2025-ci ildən PSJ-də çıxış edir. O, Paris klubu ilə iki dəfə Çempionlar Liqasının və Fransa çempionatının qalibi olub, həmçinin bir dəfə Fransa Kubokunu, Fransa Superkubokunu və Qitələrarası Kuboku qazanıb. Qeyd edək ki, Xviça, vaxtilə Azərbaycanın "Kəpəz" və "Şəmkir" klublarında çıxış etmiş, həmçinin Azərbaycan millisinin heyətində bir neçə oyun keçirmiş Badri Kvaratsxeliyanın oğludur.
Mənbə oxu.az

Oxşar Xəbərlər