İdman

NBA pley-offunun finalçıları müəyyənləşdi

31 May 2026, 18:36 2 baxış
NBA pley-offunun finalçıları müəyyənləşdi
"San-Antonio Spurs" NBA-nın son çempionu "Oklahoma-Siti Tander"i məğlub edərək NBA pley-off mərhələsinin finalına yüksəlib. Oxu.Az RBK-ya istinadən xəbər verir ki, yeni çempion "San-Antonio Spurs" ilə "Nyu-York Niks" arasında keçiriləcək final seriyasında müəyyənləşəcək. "San-Antonio Spurs" yarımfinal seriyasının həlledici - yeddinci oyununda səfərdə "Oklahoma-Siti Tander"ə 111:103 hesabı ilə qalib gəlib. Qalib komandanın heyətində Viktor Vembanyama 22 xal toplayaraq komandasının uğurunda mühüm rol oynayıb. "Nyu-York Niks" tarixində iki dəfə - 1970 və 1973-cü illərdə NBA çempionu olub. "San-Antonio Spurs" isə beşqat NBA çempionudur və sonuncu titulunu 2014-cü ildə qazanıb. NBA final seriyası iyunun 3-də start götürəcək.
Mənbə oxu.az

Oxşar Xəbərlər