Digər
ABŞ-dan bu ölkəyə xəbərdarlıq: Cəzalandıracağıq!
ABŞ Maliyyə Nazirliyi Hörmüz boğazından gəmilərin keçidi üçün ödəniş sistemi yaratmaq cəhdlərinə görə cəza tədbirləri görəcək.
Axar.az xəbər verir ki, bu barədə ABŞ maliyyə naziri Skott Bessent X hesabında paylaşım edib.
“ABŞ hökuməti Hörmüz boğazından keçid üçün ödəniş sistemi tətbiq etmək cəhdlərinə dözməyəcək”, - o yazıb.
“Xüsusilə Oman bilməlidir ki, ABŞ Maliyyə Nazirliyi boğazdan keçidə görə ödənişlərin tətbiqinə birbaşa və ya dolayısı ilə kömək edən bütün iştirakçıları qətiyyətlə təqib edəcək, buna hazır olan tərəfdaşlara isə sanksiyalar tətbiq olunacaq”, - nazir əlavə edib.
Mənbə
axar.az