Digər

"Donald Tramp"ı qurban kəsmək istədilər, lakin...

28 May 2026, 18:18 2 baxış
"Donald Tramp"ı qurban kəsmək istədilər, lakin...

Banqladeş hökuməti “Donald Tramp” adlı nadir albinos camışın qurban kəsilməsinin qarşısını alıb.


Axar.az xəbər verir ki, bu barədə PTI xəbər agentliyinin verdiyi məlumatda deyilir.


ABŞ prezidentinin saç düzümünü xatırladan sarı saçları ilə məşhur olan heyvanın Qurban bayramı zamanı qurban kəsilməsi planlaşdırılırdı.


Lakin hökumət camışın həyatını xilas etmək və paytaxtdakı milli zooparka yerləşdirmək qərarına gəlib. Polisin məlumatına görə, 700 kiloqramlıq camış hökumətin sərəncamına uyğun olaraq nəzarətə götürülüb.


"Polis gəldi və bizə hökumətin camışın həyatını xilas etmək üçün onu götürmək qərarına gəldiyini bildirdi. Hakimiyyət orqanları ilə münaqişə etmək istəmədiyimiz üçün heyvanı onlara təhvil verdik", - deyə camışın sahibi Moniruz Zaman jurnalistlərə bildirib.


Zaman bildirib ki, hökumət nümayəndələri sözügedən heyvanın qarşılığında ona ya pul kompensasiyası, yaxud da əvəzində digər bir heyvan verəcəyini söz verib.

Mənbə axar.az

Oxşar Xəbərlər