Digər
ABŞ və İran arasında razılaşma əldə olundu
ABŞ və İran nümayəndələri nüvə danışıqlarına başlamaq və atəşkəsin 60 gün uzadılması barədə razılığa gəliblər.
Axar.az xəbər verir ki, bu barədə “Axios” mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, əgər Prezident Donald Tramp razılaşma layihəsinə yekun razılıq verərsə, boğazda gəmiçilik maneəsiz olacaq.
Nəşrin mənbələrinə görə, razılaşma gəmi keçidləri üçün rüsumların olmamasını nəzərdə tutur və həmçinin burada Tehran bir ay ərzində boğazdan bütün minaları təmizləməyi öhdəsinə götürür.
Mənbə
axar.az