Digər
Rusiya bu erməni məhsullarına qadağa qoydu
Rusiya 30 may tarixindən etibarən Ermənistandan meyvə-tərəvəz məhsullarının idxalını məhdudlaşdırıb.
Axar.az xəbər verir ki, bu barədə “Rosselxoznadzor” məlumat yayıb.
“Rosselxoznadzor” göndərilən məhsulların təhlükəsizliyini təmin etmək üçün müvafiq alqoritm hazırlanana qədər, 30 may 2026-cı il tarixindən etibarən Ermənistandan gətirilən təzə pomidor, xiyar, bibər, yaşıl tərəvəz və çiyələyin idxalına müvəqqəti məhdudiyyətlər tətbiq edəcək”, - məlumatda qeyd olunub.
Mənbə
axar.az