Digər

Bunları Qarabağ psevdoelitasının əlindən alacağıq

28 May 2026, 14:31 9 baxış
Bunları Qarabağ psevdoelitasının əlindən alacağıq

Vəziyyəti aydınlaşdırmaq üçün Qarabağ psevdoelitasının Ermənistandakı aktivlərinin siyahısını mümkün qədər tez dərc etməliyik.


Axar.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan İrəvanda keçirilən paradda çıxışında deyib.


“Bu gün onlar adamlarıma rahatlq vermirlər. Qarabağda insanları girov saxlayıblar, özləri də bilmirlər, indi isə Ermənistandakı bacı-qardaşlarımızı girov götürmək istəyirlər. Bu, baş verməyəcək. Bəli, onlar vəziyyəti aydınlaşdırmalıdırlar və biz qanunsuz əmlakın müsadirə edilməsi sistemi də daxil olmaqla, onlarla, yüzlərlə evi bir-bir əllərindən alacağıq. Bu, yaxın gələcəkdə mütləq baş verəcək və buna görə də mən Ermənistan və Qarabağ xalqından mandat almaq istəyirəm. Bu yalançı elitanın nümayəndələri Ermənistan və Qarabağ xalqı qarşısında hesabat verməyə davam etməlidirlər”, - Paşinyan bildirib.

Mənbə axar.az

Oxşar Xəbərlər