Digər

Rusiya ilə aramızda mübahisəli məsələ... - Tokayev

28 May 2026, 12:00 28 baxış
Rusiya ilə aramızda mübahisəli məsələ... - Tokayev

Qazaxıstanla Rusiya arasında mübahisəli heç bir məsələ yoxdur.


Axar.az xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev Rusiya Prezidenti Vladimir Putinlə görüşündə deyib.


“Qazaxıstan üçün Rusiya ilə yaxın və dostluq əlaqələri çox vacibdir. Rusiya və Qazaxıstan çoxlu ortaq cəhətləri olan dost və qardaşdırlar”, - Tokayev bildirib.


Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin Astanada keçiriləcək Ali Avrasiya İqtisadi Şurasının iclasında iştirak etmək üçün Qazaxıstana səfər edib.

Mənbə axar.az

Oxşar Xəbərlər