Digər

“Rosatom” Buşehr AES-ə qayıdışını təxirə saldı

28 May 2026, 12:09 27 baxış
“Rosatom” Buşehr AES-ə qayıdışını təxirə saldı

“Rosatom” İran ətrafındakı vəziyyətlə əlaqədar Buşehr Atom Elektrik Stansiyasına mütəxəssislərin qayıdışını müvəqqəti olaraq təxirə salıb.


Axar.az xəbər verir ki, bu barədə “Rosatom”un baş direktoru Aleksey Lixaçev bildirib.


Onun sözlərinə görə, qərar danışıqlar platformalarından daxil olan ziddiyyətli məlumatlar və İran ərazisinə davam edən zərbələr fonunda qəbul edilib:


“Vəziyyət Rusiya rəhbərliyinə məruzə olunub və qərarın düzgünlüyü təsdiqlənib. Hazırda stansiyadan 713 nəfərin təxliyə edilib, ərazidə yalnız təhlükəsizlik və koordinasiya işlərinə cavabdeh az sayda əməkdaş qalıb. Vəziyyət sabitləşən kimi mütəxəssislər fəaliyyətə qayıtmağa hazırdır”.

Mənbə axar.az

Oxşar Xəbərlər