Digər

ABŞ səfirliyini Kiyevdən çıxarıb? – Ukraynadan açıqlama

28 May 2026, 11:21 19 baxış
ABŞ səfirliyini Kiyevdən çıxarıb? – Ukraynadan açıqlama

ABŞ-ın Kiyevdəki diplomatik nümayəndəliyi şəhəri tərk edib.


Axar.az xəbər verir ki, bunu Avropa Birliyinin xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Kaya Kallas deyib.


“Eşitdiklərimizə görə, bütün səfirliklər fəaliyyətini davam etdirir, yalnız biri istisnadır. Avropalıların hamısı qalıb, ABŞ gedib”, - Kallas bildirib.


Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Georgi Tixiy isə ABŞ diplomatik nümayəndəliyinin Kiyevi tərk etməsi ilə bağlı məlumatları təkzib edib.

Mənbə axar.az

Oxşar Xəbərlər