Digər

Müharibənin yeni mərhələsi: Putin nəyi dəyişmək istəyir?

28 May 2026, 10:00 17 baxış
Müharibənin yeni mərhələsi: Putin nəyi dəyişmək istəyir?

Ukraynadakı müharibə, ehtimal ki, məhz bu həftələrdə dalandan çıxmağa başlayır və tərəzinin gözü tədricən Ukraynanın xeyrinə dəyişir.


Axar.az xəbər verir ki, bu barədə “Velt” nəşrinin analitikləri yazıblar.


Qeyd olunur ki, Rusiyanın son vaxtlar Ukrayna paytaxtına endirdiyi zərbələri bir çox hərbi ekspert “çarəsizlik aktı” kimi qiymətləndirir. Onların fikrincə, Vladimir Putin müharibə ilə bağlı informasiya fonunu dəyişməyə çalışır, çünki Rusiya ordusunun bəzi istiqamətlərdə vəziyyətinin pisləşdiyini göstərən əlamətlər getdikcə artır:


“Xüsusilə cənub istiqamətindəki vəziyyət Rusiya informasiya məkanında ciddi narahatlıq yaradır. Belə ki, məşhur rusiyalı hərbi Teleqram kanalı “Rybar” Ukrayna qüvvələrinin Xerson, Zaporojye vilayətləri və Krımda Rusiyanın logistikasına zərbələri əhəmiyyətli dərəcədə artırdığını bildirib”.


Kanalın məlumatına görə, Ukraynanın nəqliyyat və dəmir yolu infrastrukturuna pilotsuz uçuş aparatları ilə hücumları artıq Krıma yanacaq və malların çatdırılmasına təsir göstərir:


“Məhz dəmir yolu cənub cəbhəsində Rusiyanın təchizat xətlərinin əsas arteriyası hesab olunur”.

Mənbə axar.az

Oxşar Xəbərlər