Dünya
Ermənistanla ABŞ arasında memorandum imzalanacaq
ABŞ Dövlət katibi Marko Rubio bu gün İrəvana səfəri zamanı ermənistanlı həmkarı Ararat Mirzoyanla qarşılıqlı anlaşma haqqında memorandumu imzalayacaq. Oxu.Az xəbər verir ki, bu məlumat ABŞ-nin xarici siyasət idarəsi rəhbərinin bazar ertəsi dərc olunmuş iş qrafikində öz əksini tapıb. Sənəddən aydın olur ki, Rubio və Mirzoyan Bakı vaxtı ilə saat 15:30-da görüşəcəklər. Bakı vaxtı ilə 16:00-da isə təfərrüatı hələlik açıqlanmayan memorandumun imzalanma mərasimi keçiriləcək. Ermənistan Xarici İşlər Nazirliyi mayın 25-də Rubionun İrəvana səfəri barədə məlumat yaymışdı. Nazirlikdən bildirilib ki, görüşün nəticələrinə əsasən ikitərəfli sənədlərin imzalanması və tərəflərin mətbuat üçün bəyanatlarla çıxış etməsi planlaşdırılır.
Mənbə
oxu.az