Dünya
Marko Rubio: "Hörmüz boğazı istənilən halda açılacaq"
"Hörmüz boğazı bu və ya digər şəkildə mütləq açılacaq". Oxu.Az "Reuters" agentliyinə istinadən xəbər verir ki, ABŞ-nin Dövlət katibi Marko Rubio Birləşmiş Ştatların İrana endirdiyi zərbələrlə bağlı danışarkən belə bir bəyanatla çıxış edib. "Boğazlar açıq qalmalıdır və onlar istənilən halda açılacaq, buna görə də onların fəaliyyəti bərpa olunmalıdır", - deyə Rubio mətbuat nümayəndələrinə bildirib. Dövlət katibi həmçinin qeyd edib ki, İranla razılaşmanın şərtlərinin tam müəyyənləşdirilməsi bir neçə gün vaxt apara bilər.
Mənbə
oxu.az