Dünya
Kamçatkada güclü zəlzələ baş verib
Rusiyanın Petropavlovsk-Kamçatski şəhərindən 85 kilometr məsafədə 5.1 bal gücündə hiss edilən yeraltı təkanlar baş verib. Oxu.Az xəbər verir ki, bu barədə TASS-a Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin Kamçatka filialından məlumat verilib. "Seysmik hadisənin maqnitudası 5.1 təşkil edib, zəlzələnin episentri Petropavlovsk-Kamçatskidən 85 km aralıda yerləşib", - deyə qurumdan bildirilib. Petropavlovsk-Kamçatski sakinləri yeraltı təkanları hiss ediblər, hazırda sarsıntıların gücü dəqiqləşdirilir.
Mənbə
oxu.az