Dünya
Pentaqondan SENSASİYA: ABŞ-də dörd növ yadplanetlinin qalığı saxlanılır
ABŞ rəsmilərinin sərəncamında qəzaya uğramış gəmilərdən əldə edilən dörd fərqli yerdənkənar həyat növünə aid qalıqlar mövcuddur. Oxu.Az xəbər verir ki, "Fox News" bu barədə Mərkəzi Kəşfiyyat İdarəsi tərəfindən maliyyələşdirilən tədqiqatçı, doktor Hel Patoffa istinadən məlumat yayıb. Patoff bildirib ki, qalıqların çıxarılmasında iştirak edən şəxslər ən azı dörd fərqli növün olduğunu qeyd ediblər. O, tapıntılara birbaşa çıxışının olmadığını, lakin ünsiyyətdə olduğu mütəxəssislərə etibar etdiyini vurğulayıb. Patoffun həmkarı, doktor Erik Devisin sözlərinə görə, söhbət "nordiklər", "bozlar", "insektoidlər" və "reptiloidlər"dən gedir. Nordiklər xarici görünüşcə daha çox insanlara bənzəyir, bozlar böyük gözlü və tüksüz kiçik canlılar kimi təsvir edilir, insektoidlər dəvədəlləyini xatırladır, reptiloidlər isə iki ayaq üzərində hərəkət edən pullu və quyruqlu kərtənkələlərə bənzədilir. Bu iddialar Prezident Donald Trampın təşəbbüsü ilə Pentaqonun məlumatların açıqlanması proqramı çərçivəsində "ikinci sənədlər paketi"ni yayımlaması fonunda səsləndirilib.
Mənbə
oxu.az