Dünya

Hindistanda dəhşətli anlar: 300-dən çox turist havada köməksiz vəziyyətdə qalıb - VİDEO

25 May 2026, 23:24 2 baxış
Hindistanda dəhşətli anlar: 300-dən çox turist havada köməksiz vəziyyətdə qalıb - VİDEO
Hindistanın Qulmarq şəhərində 300-dən çox turist Asiyanın ən hündür kanat yollarından birinin 65 kabinəsində köməksiz vəziyyətdə qalıb. Oxu.Az PTI agentliyinə istinadən xəbər verir ki, kanat yolunun hər iki xəttinin fəaliyyəti günorta saatlarında baş verən texniki nasazlıq səbəbindən dayandırılıb. Nasazlıq istirahət edənlər arasında təşvişə səbəb olub. Turistlərin bir çoxu yerdən təxminən 150 metr hündürlükdə asılı qalan kabinələrdə qapalı vəziyyətdə qalıb.
Səlahiyyətli şəxslərin sözlərinə görə, müxtəlif qurumların iştirak etdiyi irimiqyaslı xilasetmə əməliyyatı yeddi saat davam edib. Ərazidə müşahidə olunan güclü leysan yağışları əməliyyatı daha da çətinləşdirib. "Xilasetmə əməliyyatı başa çatıb. Köməksiz vəziyyətdə qalan bütün insanlar sağ-salamat təxliyə ediliblər", - deyə yerli hakimiyyət nümayəndələrindən biri jurnalistlərə bildirib.
Mənbə oxu.az

Oxşar Xəbərlər