Dünya

Putin yeni qanun imzaladı: Rusiyalıların müdafiəsi üçün ordu göndərilə bilər

25 May 2026, 20:24 1 baxış
Putin yeni qanun imzaladı: Rusiyalıların müdafiəsi üçün ordu göndərilə bilər
Rusiya Prezidenti Vladimir Putin ölkə vətəndaşlarının xarici dövlətlərin məhkəmələri tərəfindən həbsi, cinayət təqibi və digər təzyiqlərə məruz qalması hallarında onların müdafiəsi məqsədilə Rusiya ordusundan istifadə edilməsinə icazə verən qanunu imzalayıb. Oxu.Az bu barədə TASS agentliyinə istinadən xəbər verir. Sənədə əsasən, ölkə başçısı Rusiyanın iştirakı olmadan fəaliyyət göstərən xarici və beynəlxalq məhkəmələrin təqiblərindən rusiyalıları qorumaq üçün Rusiya Silahlı Qüvvələrinin bölmələrini göndərə biləcək. Bundan əlavə, qanunda qeyd olunur ki, Rusiya prezidentinin qərarı ilə dövlət orqanları da digər ölkələrin məhkəmələri tərəfindən Rusiya vətəndaşlarının həbsi, cinayət təqibi və digər təzyiqlərə məruz qalması hallarında onların müdafiəsi üçün tədbirlər görəcəklər.
Mənbə oxu.az

Oxşar Xəbərlər