Dünya

Çin "Şençjou-23" pilotlu kosmik gəmisini orbitə buraxdı - VİDEO

25 May 2026, 02:01 2 baxış
Çin "Şençjou-23" pilotlu kosmik gəmisini orbitə buraxdı - VİDEO
Çin "Şençjou-23" pilotlu kosmik gəmisini uğurla orbitə göndərib. Oxu.Az xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb. "Pilotlu "Şençjou-23" kosmik gəmisi daşıyıcı raketdən uğurla ayrılıb və nəzərdə tutulan orbitə çıxıb. Ekipajın vəziyyəti yaxşıdır, buraxılış uğurlu hesab olunur", - deyə məlumatda bildirilib.
Buraxılış yerli vaxtla saat 23:08-də (Bakı vaxtı ilə 18:08) Çinin şimal-qərbində yerləşən Tsyüçüan kosmodromundan həyata keçirilib. Bundan əvvəl bildirilib ki, kosmik missiyanın heyəti orbitdə 100-dən çox yeni elmi təcrübə aparacaq. Bunlara süni embrionlar, nadir torpaq ərintiləri və yeni batareyalarla bağlı eksperimentlər daxildir.
Mənbə oxu.az

Oxşar Xəbərlər