Dünya

Albaniya XİN Kiyevə zərbədən sonra Rusiya səfirini çağırdı

24 May 2026, 23:48 1 baxış
Albaniya XİN Kiyevə zərbədən sonra Rusiya səfirini çağırdı
Albaniya Xarici İşlər Nazirliyi Rusiyanın Kiyevə endirdiyi zərbələrdən sonra bu ölkənin səfiri Aleksey Zaytsevi nazirliyə çağırıb. Oxu.Az RBK-ya istinadən xəbər verir ki, bu barədə Albaniyanın xarici işlər naziri Ferit Xoca "X" sosial şəbəkəsində paylaşım edib. Xocanın iddiasına görə, mayın 24-nə keçən gecə Albaniyanın Ukraynadakı səfirinin yaşadığı binaya ziyan dəyib. Rusiya Müdafiə Nazirliyi isə bəyan edib ki, Ukraynanın mülki infrastruktur obyektlərinə zərbələr planlaşdırılmayıb və həyata keçirilməyib. "Albaniyadakı Rusiya Federasiyasının səfiri izahat vermək üçün Xarici İşlər Nazirliyinə çağırılıb", - deyə Ferit Xoca bildirib.
Mənbə oxu.az

Oxşar Xəbərlər