Dünya
Rubio nüvə danışıqları ilə bağlı şərti açıqladı
ABŞ dövlət katibi Marko Rubio bildirib ki, Vaşinqton Hörmüz boğazının açılmasını gözləyir, bundan sonra İranın nüvə proqramı ilə bağlı danışıqlara hazır olacaq. Oxu.Az xəbər verir ki, Rubio bu barədə "The New York Times" qəzetinə müsahibəsində danışıb. "Nüvə proqramı problemini 72 saat ərzində, salfet üzərində həll yolu yazaraq aradan qaldırmaq mümkün deyil. Boğaz dərhal açılmalıdır. Bundan sonra razılaşdırılmış parametrlərə uyğun olaraq uranın zənginləşdirilməsi, yüksək zənginləşdirilmiş uran və İranın heç vaxt nüvə silahına malik olmamaq öhdəliyi ilə bağlı çox ciddi danışıqlara başlayacağıq", - deyə o bildirib. Qəzetin yazdığına görə, Rubio bununla ABŞ administrasiyasının Tehranın nüvə silahı hazırlamaq imkanını dərhal aradan qaldırmayan müvəqqəti razılaşmaya razı ola biləcəyinə işarə edib. İran hakimiyyəti isə dəfələrlə bəyan edib ki, ölkənin nüvə proqramı yalnız dinc məqsədlər daşıyır və Tehran heç vaxt atom bombasına sahib olmaq istəməyib.
Mənbə
oxu.az