Dünya

İngiltərə Premyer Liqası: Son turun matçları oynanıldı - VİDEO

24 May 2026, 22:12 2 baxış
İngiltərə Premyer Liqası: Son turun matçları oynanıldı - VİDEO
İngiltərə Premyer Liqasında 2025/2026 mövsümünün son - 38-ci turunun oyunları keçirilib. Oxu.Az xəbər verir ki, "Arsenal" səfərdə "Kristal Pelas"ı 1:2 hesabı ilə məğlub edib. Mövsümü 85 xalla çempion kimi başa vurub. "Mançester Siti" isə son turda "Aston Villa"ya 1:2 hesabı ilə uduzsa da, 78 xalla ikinci yeri tutub. "Mançester Yunayted" səfərdə "Brayton"u 0:3 hesabı ilə darmadağın edərək mövsümü 71 xalla üçüncü pillədə başa vurub. "Aston Villa" 65 xalla dördüncü, "Liverpul" isə "Brentford"la 1:1 hesablı heç-heçədən sonra 60 xalla beşinci olub. "Sanderlend" son turda "Çelsi"ni 2:1 hesabı ilə məğlub edərək 54 xalla yeddinci sırada qərarlaşıb. "Brentford" doqquzuncu, "Çelsi" isə mövsümü 10-cu pillədə tamamlayıb.


Mənbə oxu.az

Oxşar Xəbərlər