Dünya
Türkiyədə turist avtobusu aşdı: 46 nəfər xəsarət aldı - VİDEO
Türkiyədə turist avtobusu aşıb, nəticədə 46 nəfər xəsarət alıb. Oxu.Az "Türkiye" qəzetinə istinadən xəbər verir ki, avtobus Ankaradan Çanaqqalaya gedirmiş.
Məlumata görə, naməlum səbəbdən nəqliyyat vasitəsi yoldan çıxaraq tarlaya düşüb və Çanaqqala vilayətinin Yıldıran kəndi yaxınlığında aşıb. Qəza nəticəsində 45 sərnişin və sürücü xəsarət alıb. Yaralıların hamısı yaxınlıqdakı xəstəxanalara yerləşdirilib. Bildirilib ki, onların vəziyyəti normaldır və həyatları üçün təhlükə yoxdur.

Mənbə
oxu.az