Dünya
KİV: ABŞ İran neftinə qoyulmuş sanksiyaları dayandırmaq öhdəliyi götürür
ABŞ İranla anlaşma memorandumu layihəsinin bəndlərinə əsasən, İran neftinin ticarətinə qoyulan sanksiyaları müvəqqəti olaraq ləğv etmək öhdəliyi götürür. Oxu.Az bu barədə "Tasnim" agentliyinə istinadən xəbər verir. Agentliyin məlumatına görə, Vaşinqton danışıqlar müddətində müvafiq sanksiyaları donduracaq. Agentlik, həmçinin sazişə doğru ilk addım kimi İranın aktivlərinin bir hissəsinin blokdan çıxarılmasının zəruriliyini qeyd edib. Eyni zamanda vurğulanır ki, sənəd imzalanacağı təqdirdə, Hörmüz boğazında gəmilərin hərəkəti ABŞ-nin memorandum üzrə öhdəliklərini yerinə yetirməsindən asılı olacaq. "Tasnim"in məlumatına görə, saziş layihəsinin mətnində Hörmüz boğazının müharibədən əvvəlki vəziyyətinə qaytarılmasından deyil, "keçən gəmilərin sayının 30 gün ərzində müharibədən əvvəlki səviyyəyə qaytarılması" imkanından bəhs edilir.
Mənbə
oxu.az