Siyasət

Ağ Ev Ərdoğan adından paylaşdı - Ankara sildirdi

24 May 2026, 17:14 2 baxış
Ağ Ev Ərdoğan adından paylaşdı - Ankara sildirdi

ABŞ Prezidenti Donald Tramp sosial şəbəkə hesabında Türkiyə Prezidenti Rəcəp Tayyip Ərdoğanla bağlı paylaşımını silib.


Axar.az Globalinfo.az-a istinadla xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.


“Paylaşımda Ərdoğana aid edilən sitatda Tramp “əsrlərdir gözlənilən lider” kimi təqdim olunmuşdu. Orada onun yalnız gücdən danışmadığı, həm də həmin gücü təcəssüm etdirdiyi qeyd edilmişdi.


Lakin rəsmi Ankara Ərdoğanın belə bir açıqlama vermədiyini ABŞ tərəfinə çatdırıb və paylaşımın silinməsini istəyib”, – deyə bildirilib.


Məlumata görə, müraciətdən sonra həmin paylaşım Trampın hesabından silinib.

Mənbə axar.az

Oxşar Xəbərlər