Dünya

Kiyevə raket zərbələri: Sakinlər Baku TV-yə danışdılar - VİDEO

24 May 2026, 17:00 3 baxış
Kiyevə raket zərbələri: Sakinlər Baku TV-yə danışdılar - VİDEO
Mayın 24-ü gecədən səhərə qədər Ukrayna paytaxtı Kiyev yenidən kütləvi raket və dron hücumlarına məruz qalıb. Paytaxtın mərkəzi və ətraf rayonları, o cümlədən Şevçenko rayonunda yerləşən "Lukyanovka" bazarının ətrafı ciddi dağıntılara uğrayıb. Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahından bildirilib ki, Rusiya ordusu ümumilikdə "Oreşnik" də daxil olmaqla 90 ballistik raket və 600 dron buraxıb.
Zərbələrin böyük əksəriyyəti havada zərərsizləşdirilsə də, bir qismi hədəflərə dəyib. Nəticədə, Azərbaycanın Ukraynadakı səfirliyinin binasına da zərər dəyib. "Zərbə dalğası o qədər güclü idi ki, bizi zirzəmidə də silkələdi. Bütün sakinlər qorxu içində idi, nə edəcəyimizi bilmirdik. Səhərə qədər sığınacaqda qaldıq", - deyə Kiyev sakini bildirib. "Təxminən saat üçdən raketlər uçmağa başladı. Gecəni çox ağır keçirdik, bazara bir neçə raket düşdü. Hər şey bir anda baş verdi, qorxulu idi", - başqa bir sakin Baku TV-yə deyib.
Mənbə oxu.az

Oxşar Xəbərlər