Dünya

"Qiyamət günü radiosu" yenidən efirdə: Sirli mesaj yayımlandı

24 May 2026, 06:02 29 baxış
"Qiyamət günü radiosu" yenidən efirdə: Sirli mesaj yayımlandı
"Qiyamət günü radiosu" kimi tanınan UVB-76 stansiyası ardıcıl ikinci gündür efirə çıxaraq yeni şifrəli mesaj yayımlayıb. Oxu.Az xəbər verir ki, məlumat stansiyanın "Telegram" kanalında paylaşılıb. Efirə verilən mesaj belə olub: "TОD3 U352 DXQЕ 94066 09270 32781 SКАZОPАТ 7507 4374 SNOPOTYUL 5422 8119". Adətən UVB-76 davamlı uğultuya bənzər siqnal yayımlayır və yalnız nadir hallarda bu cür kodlaşdırılmış mesajlar ötürür. Bu xüsusiyyətinə görə ona "juzjalka" (uğultu radiosu) adı verilib.
Mənbə oxu.az

Oxşar Xəbərlər