Dünya

İran ABŞ-yə yeni nüvə təklifi verdi

23 May 2026, 20:12 1 baxış
İran ABŞ-yə yeni nüvə təklifi verdi
İran ABŞ ilə aparılan dolayı danışıqlar çərçivəsində uranın 3.6%-dən yuxarı zənginləşdirilməsinin 10 il müddətinə dayandırılması təşəbbüsü ilə çıxış edib. Oxu.Az xəbər verir ki, bu barədə "Al Hadath" mənbələrə istinadən məlumat yayıb. Məlumata görə, İran uranın 20%-dən yuxarı zənginləşdirilmiş hissəsini ölkə daxilində "seyrəltməyə" hazır olduğunu da bildirib. Bildirilib ki, mümkün sənəd layihəsində İran nüvə silahı istehsal etməyəcəyini təsdiqləyir. Bunun müqabilində isə ABŞ-dən sanksiyaların tam ləğvini və dondurulmuş aktivlərin qaytarılmasını tələb edir. * İran ABŞ-yə Hörmüz boğazı ilə bağlı ŞƏRT QOYDU Qeyd olunur ki, İran Xarici İşlər Nazirliyinin nümayəndəsi İsmayıl Bəqayi bundan əvvəl bildirmişdi ki, hazırkı mərhələdə nüvə dosyesi və sanksiyaların ləğvi məsələsi danışıqlarda əsas mövzu deyil.
Mənbə oxu.az

Oxşar Xəbərlər