Dünya

Trampdan gündəmi silkələyən növbəti iddia: "Salam, Qrenlandiya!" - FOTO

23 May 2026, 14:56 19 baxış
Trampdan gündəmi silkələyən növbəti iddia: "Salam, Qrenlandiya!" - FOTO
ABŞ Prezidenti Donald Tramp Qrenlandiya ilə bağlı iddialarını yenidən gündəmə gətirib. Oxu.Az xəbər verir ki, Ağ Ev rəhbəri sosial şəbəkə hesabında ada ilə bağlı vəziyyəti əks etdirən status paylaşıb.
ABŞ prezidenti paylaşıma diqqətçəkən bir şəkil əlavə edib. Fotokollajda Ağ Ev liderinin dağların arxasından ada ölkəsini seyr etdiyi görünür. Tramp paylaşımın altına "Salam, Qrenlandiya!" şərhini yazıb. Birləşmiş Ştatlar rəhbəri uzun müddət idi ki, ada barədə heç bir açıqlama vermirdi. Bir neçə gün öncə ABŞ-nin Danimarkadakı səfiri Kennet Houeri bildirmişdi ki, Ağ Ev başçısı artıq Qrenlandiyanın ölkəsinə birləşdirilməsi üçün güc tətbiq edilməsini nəzərdən keçirmir. Onun fikrincə, Tramp bu ideyasından vaz keçib. Diplomat qeyd edib ki, danışıqlar prosesində işçi qrup həm Trampın narahatlıqlarını, həm də ada sakinlərinin və Danimarkanın maraqlarını təmin edəcək bir həll yolu tapa biləcək.
Trampdan gündəmi silkələyən növbəti iddia: "Salam, Qrenlandiya!" - FOTO Trampdan gündəmi silkələyən növbəti iddia: "Salam, Qrenlandiya!" - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər