Dünya

Ağ Ev rəsmisindən müəmmalı paylaşım: İrana hücum an məsələsidir? - VİDEO

23 May 2026, 12:08 21 baxış
Ağ Ev rəsmisindən müəmmalı paylaşım: İrana hücum an məsələsidir? - VİDEO
ABŞ-nin İrana yenidən zərbələr endirəcəyi ilə bağlı yayılan xəbərlərin fonunda Ağ Ev Administrasiyası rəhbərinin müavini Den Skavino "B-2 Spirit" strateji bombardmançı təyyarələrinin görüntülərini yayıb. Oxu.Az xəbər verir ki, bu barədə ABŞ rəsmisi sosial şəbəkə hesabında paylaşım edib.
Amerika mətbuatının yazdığına görə, analoji paylaşım Skavino tərəfindən fevralın 27-də - Birləşmiş Ştatlar və İsrailin İrana qarşı birgə əməliyyatından bir gün əvvəl də edilib. Xatırladaq ki, daha əvvəl CBS telekanalı Birləşmiş Ştatların yaxın günlərdə İrana hücum etməyə hazırlaşdığı barədə məlumat yayıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər