Digər

İran və ABŞ danışıqlarda müəyyən irəliləyiş əldə edib

23 May 2026, 12:23 12 baxış
İran və ABŞ danışıqlarda müəyyən irəliləyiş əldə edib

İran və ABŞ arasında aparılan danışıqlarda bəzi məsələlər üzrə müəyyən irəliləyiş əldə olunub.


Axar.az xəbər verir ki, bu barədə "Tasnim" agentliyi mənbələrə istinadən məlumat yayıb.


Mənbə bildirib ki, Pakistan vasitəçisi hələ də tərəflər arasında təkliflərin mübadiləsi ilə məşğuldur:


“Əvvəlki dövrlə müqayisədə bəzi məsələlərdə müəyyən uğurlar əldə olunub, lakin bütün mübahisəli məsələlər üzrə yekun nəticə əldə olunmayana qədər razılaşma baş tutmayacaq. Bəzi Qərb mənbələrinin razılaşmanın detalları ilə bağlı yaydığı mətnlər isə dəqiq deyil”.


Qeyd edək ki, ötən gün Pakistan Ordusunun Baş Qərargah rəisi, feldmarşal Asim Munir vasitəçilik missiyası çərçivəsində Tehrana gəlib.

Mənbə axar.az

Oxşar Xəbərlər