Dünya

CHP-nin qurultayı ilə bağlı əməliyyat: Saxlanılanlar var

23 May 2026, 10:20 19 baxış
CHP-nin qurultayı ilə bağlı əməliyyat: Saxlanılanlar var
Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) 38-ci qurultayında nümayəndələrin səsvermə iradəsinə müdaxilə iddiaları ilə bağlı istintaq çərçivəsində 7 əyalətdə əməliyyatlar aparılıb. Oxu.Az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb. Məlumata görə, əməliyyatlar zamanı 13 şübhəli şəxs saxlanılıb. Şübhəli şəxslər siyasi partiyalar haqqında qanunu pozmaqda, rüşvətxorluqda və çirkli pulların yuyulmasında ittiham olunurlar.
Mənbə oxu.az

Oxşar Xəbərlər