Dünya

Konqoda Ebola virusu ilk mərhələdə "lənət" hesab edilib

23 May 2026, 01:48 9 baxış
Konqoda Ebola virusu ilk mərhələdə "lənət" hesab edilib
Konqo Demokratik Respublikasıdə Ebola virusunun ilk qeydə alınan halları əvvəlcə "lənət" və ya "mistik xəstəlik" kimi qəbul edilib. Oxu.Az xəbər verir ki, bu barədə "Africanews" məlumat yayıb. Məlumata görə, ilkin ölüm halları ölkənin İturi vilayətində, Monqbvalu adlı mədən bölgəsində qeydə alınıb. Yerli sakinlər xəstəliyi tibbi problem kimi deyil, sehr və ya "cadugərliklə bağlı lənət" kimi izah ediblər. Səhiyyə rəsmilərinin açıqlamasına görə, bu inanc səbəbindən insanlar uzun müddət tibbi yardıma müraciət etməyib, əvəzində ənənəvi loğmanlara və dini liderlərə üz tutublar. Bu isə virusun daha sürətlə yayılmasına gətirib çıxarıb. Rəsmilər bildirirlər ki, anlaşılmazlığın aradan qalxdığı vaxta qədər artıq 246 şübhəli yoluxma və 65 ölüm qeydə alınmışdı. Ölkənin Səhiyyə Nazirliyi epidemiyanın mənbəyinin hələ də dəqiq müəyyən edilmədiyini bildirib.
Mənbə oxu.az

Oxşar Xəbərlər