Digər

FES sədri prezidentdən asılı olmamalıdır - Tramp

22 May 2026, 23:29 8 baxış
FES sədri prezidentdən asılı olmamalıdır - Tramp

Federal Ehtiyat Sisteminin (FES) yeni sədri Kevin Uorş dövlət başçısından da asılı olmayacaq dərəcədə tamamilə müstəqil olmalıdır.


Axar.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə yeni sədrin andiçmə mərasimində deyib.


D.Trampın sözlərinə görə, FES rəhbəri yalnız öz işini görməyə diqqət yetirməli və siyasi liderliyə tabe olmamalıdır.


Daha əvvəl ABŞ lideri əvvəlki FES rəhbəri Cerom Pauellin siyasətini tənqid edərək, əsas faiz dərəcəsinin aşağı salınmasının zəruriliyini bildirmişdi.

Mənbə axar.az

Oxşar Xəbərlər