Digər

Putindən etiraf: Rusiyanı yalnız belə qoruya bilərik!

22 May 2026, 20:47 1 baxış
Putindən etiraf: Rusiyanı yalnız belə qoruya bilərik!

Millətlərarası və dinlərarası birlik üzərində işləmək son dərəcə vacibdir, çünki onu gücləndirmək Rusiyanın qorunub saxlanması üçün vacibdir.


Axar.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.


"Deməliyəm ki, bütün iş sahələri arasında millətlərarası və dinlərarası münasibətlərin qurulması ən çətin məsələdir. Bunlar ən həssas məsələlərdir. Açığı, bu qədər xalqın yaşadığı, müxtəlif dini konfessiyaların və inancların nümayəndələrinin yaşadığı belə mürəkkəb bir ölkə üçün bu, son dərəcə vacib bir vəzifədir, bəlkə də ən vaciblərindən biridir. Çünki yalnız millətlərarası və dinlərarası birliyi gücləndirməklə Rusiyanı qoruyub saxlayacağıq", - deyə o vurğulayıb.

Mənbə axar.az

Oxşar Xəbərlər