Siyasət

Şeyx Məhəmməd bin Zayed Al Nəhyan Prezident İlham Əliyevi təbrik edib

22 May 2026, 19:14 14 baxış
Şeyx Məhəmməd bin Zayed Al Nəhyan Prezident İlham Əliyevi təbrik edib
Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Oxu.Az President.az-a istinadən həmin məktubun mətnini təqdim edir: "Möhtərəm cənab Prezident. Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram. Sizə möhkəm cansağlığı, səadət, Azərbaycan Hökumətinə və dost Azərbaycan xalqına rifah və tərəqqi arzulayıram. Ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm".
Mənbə oxu.az

Oxşar Xəbərlər