Siyasət
WUF13-ün bayraqendirmə mərasimi keçirilib - VİDEO
BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində mayın 22-də Bakı Olimpiya Stadionunda Azərbaycanın və BMT-nin bayraqlarının endirilməsi mərasimi keçirilib. Oxu.Az-ın məlumatına görə, bununla da forum rəsmi olaraq başa çatıb. Qeyd edək ki, mayın 17-də Ümumdünya Şəhərsalma Forumunun (WUF13) bayraqqaldırma mərasimi keçirilmişdi.
Mənbə
oxu.az