Siyasət
Amina Muhammed: "Bakıda gələcəkdə daha dayanıqlı işlərin görülməsini qəbul etdik"
"Azərbaycanın işğaldan azad etdiyi ərazilərində iqtisadi potensialın açılması yaşayış yerlərinin təminatı üçün çox vacibdir". Oxu.Az xəbər verir ki, bu fikirləri BMT Baş katibinin müavini Amina Muhammed Ümumdünya Şəhərsalma Forumunun rəsmi bağlanış mərasimindən əvvəl keçirilən mətbuat konfransında deyib. O bildirib ki, yaşayış yerləri ilə bağlı problemlərin həlli həm də iqlim, nəqliyyat, miqrasiya, iş yerlərinin açılması, rəqəmsallaşma, enerji, gender və sosial müdafiə kimi məsələlərin həllini də özündə ehtiva edir: "Yəni, bu, kifayət qədər geniş koordinasiya tələb edir və biz bu istiqamətdə əməkdaşlığı artırmalıyıq. Bu forum isə bizə kifayət qədər ümid verdi. Bakıda biz gələcəkdə də daha dayanıqlı və insan ləyaqətinə yönəlik işlərin görülməsini bir daha qəbul etdik".
Mənbə
oxu.az