Digər

Latviyanın hər qarışını qoruyacağıq - Rutte

21 May 2026, 20:23 7 baxış
Latviyanın hər qarışını qoruyacağıq - Rutte

Latviya ərazisinin hər qarışını pilotsuz təyyarələrin hücumlarından qorumağa hazırdır.


Axar.az xəbər verir ki, bunu NATO-nun baş katibi Mark Rutte Latviya prezidenti Edqars Rinkeviçs ilə telefon danışığında bildirib.


"Mən indicə Latviya prezidenti Edqars Rinkeviçslə Latviyadakı son hadisələr, o cümlədən pilotsuz təyyarə insidenti ilə bağlı danışdım. NATO üzv dövlətlərinin təhlükəsizliyinə tam sadiqdir və NATO ərazisinin hər qarışının müdafiəsini təmin etməyə davam edəcək", - deyə o bildirib.

Mənbə axar.az

Oxşar Xəbərlər