Digər

Tramp bu ölkədən kompensasiya tələb etdi: Yardım etmədi!

18 Aug 2026, 08:00 2 baxış
Tramp bu ölkədən kompensasiya tələb etdi: Yardım etmədi!

ABŞ Prezidenti Donald Tramp Cənubi Koreyadan ölkənin müdafiəsinə görə kompensasiya tələb edib.


Axar.az xəbər verir ki, Ağ Ev rəhbəri mətbuat konfransı zamanı bunun 10 milyard dollar olduğunu bildirib.


Tramp Cənubi Koreyanı tənqid edərək, İranla müharibədə ABŞ-a kömək istədiyi zaman bu ölkənin prezidenti ilə apardığı söhbətin detallarını xatırladıb. Seul isə bu müraciətə rədd cavabı verib.


ABŞ prezidenti həmkarına xatırladıb ki, hazırda Cənubi Koreyada 39 min amerikalı hərbçi yerləşdirilib və onlar ölkəni Kim Çen İndən qoruyurlar.


Bundan sonra Tramp Cənubi Koreyaya gələcəkdə yardım göstərilməsinin nə dərəcədə məqsədəuyğun olduğuna şübhə etdiyini bildirib. Onun sözlərinə görə, bu ölkənin müdafiəsi ABŞ-a milyardlarla dollara başa gəlir.

Mənbə axar.az

Oxşar Xəbərlər