Digər

Putin və Lukaşenko nüvə təlimlərini izlədi

21 May 2026, 20:43 1 baxış
Putin və Lukaşenko nüvə təlimlərini izlədi

Belarus və Rusiya prezidentləri - Aleksandr Lukaşenko və Vladimir Putin nüvə silahlarının döyüş istifadəsi və nüvə dəstəyi ilə bağlı hərbi hissələrlə birgə təlimi videokonfrans yolu ilə izləyiblər.


Axar.az xəbər verir ki, bu barədə “Belta” agentliyi məlumat yayıb.


"Həqiqətən də, bu, ilk belə birgə təlimdir. Lakin onun elementləri, komponentləri baxımından, məlum olur ki, baş qərargahlarımız və müdafiə nazirlərimiz bunu rübdə bir dəfə keçirirlər. Amma biz (prezidentlər) olmadan. Prezidentlərin iştirakı ehtimalını qışda müzakirə etdik.


Mən sizi tam dəstəkləyirəm; biz heç kimə təhlükə yaratmırıq. Amma bizdə bu silahlar var və biz Brestdən Vladivostoka qədər ortaq Vətənimizi hər cür müdafiə etməyə hazırıq. Əlimizdə bir şey varsa, ondan necə istifadə edəcəyimizi bilməliyik", - Aleksandr Lukaşenko deyib.

Mənbə axar.az

Oxşar Xəbərlər