Siyasət

Kəlbəcərin Zar kəndində yaşayış massivi inşa edilir: Köçün vaxtı açıqlandı

21 May 2026, 17:52 2 baxış
Kəlbəcərin Zar kəndində yaşayış massivi inşa edilir: Köçün vaxtı açıqlandı
"Kəlbəcər rayonunun Zar kəndində ilin sonuna qədər köç prosesinin aparılması planlaşdırılır". Oxu.Az xəbər verir ki, bunu Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Bəşir Hacıyev WUF13 çərçivəsində Azərbaycan pavilyonunda keçirilən "Urbisiddən, münaqişədən sonrakı yenidənqurmaya aparan yol" adlı tədbirdə deyib. O bildirib ki, hazırda 243.38 hektar ərazini əhatə edən 547 mənzildən ibarət yaşayış massivinin tikintisi davam edir: "Tikinti işinin ilin sonuna qədər yekunlaşdırılması və kənd əhalisinin əraziyə köçürülməsi planlaşdırılır".
Mənbə oxu.az

Oxşar Xəbərlər