Digər
Ukrayna “Begemot”u təqdim etdi: “Şahid”in analoqu - Foto
Ukrayna özünün yeni “Begemot” PUA-sını təqdim edib.
Axar.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.
Məlumata görə, “Şahid” PUA-sının analoqu olan aparat artıq döyüş istifadəsinə verilib.
300 km məsafəyə qədər uça bilən PUA 75 kq-a kimi sursat daşıya bilir.
PUA alçaq hündürlükdən uçmaqla hava hücumundan müdafiə sistemlərinin də işini çətinləşdirmək qabiliyyətinə malikdir.
“Begemot”un idarəetməsi “Starlink” vasitəsilə aparılır.
Mənbə
axar.az