Digər
Sabiq mer və arvadının qətli: Nəvəsi etiraf etdi... - Foto
Rusiyanın Samara şəhərinin keçmiş meri Viktor Tarxov və həyat yoldaşı Natalyanın qətlində ittiham olunan Yekaterina Tarxova günahını etiraf edib.
Axar.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Mərhumların nəvəsi Yekaterina cəsədləri təhqir etmək ittihamını rədd edib.
O, qətl ittihamına münasibəti ilə bağlı suala cavabında deyib:
"Bunu tam şəkildə etiraf edirəm".
Y.Tarxova fırıldaqçılıq və oğurluqla bağlı ittihamları qismən etiraf etsə də, sənəd saxtakarlığı ilə bağlı özünü günahkar saymayıb.
Qeyd edək ki, Viktor və Natalya Tarxovlar 2024-cü ilin sonlarında mənzillərində qətlə yetiriliblər. Daha əvvəl sözügedən cinayət işində Yekaterina Tarxovaya qarşı ittiham yenidən təsnifləndirilmişdi.
Mənbə
axar.az