Siyasət

Emmanuel Makron İlham Əliyevə zəng vurdu

21 May 2026, 13:36 9 baxış
Emmanuel Makron İlham Əliyevə zəng vurdu

Fransa Prezidenti Emmaneul Makron Azərbaycan Prezidenti İlham Əliyevə zəng vurub.


Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti X sosial şəbəkəsində məlumat paylaşıb.


"Bu gün Prezident Emmanuel Makrondan telefon zəngi aldım. Telefon söhbəti zamanı biz Azərbaycan-Fransa ikitərəfli münasibətlərinin gündəliyindəki məsələləri nəzərdən keçirdik və qarşılıqlı maraq doğuran məsələlər üzrə fikir mübadiləsi apardıq. Biz həmçinin regional və qlobal hadisələri müzakirə etdik", - Prezident qeyd edib.

Mənbə axar.az

Oxşar Xəbərlər