Siyasət

İlyas Demirçi: "Şəhərlərinizi planlı, dayanıqlı və fəlakətlərə davamlı əsasda formalaşdırın"

21 May 2026, 10:55 7 baxış
İlyas Demirçi: "Şəhərlərinizi planlı, dayanıqlı və fəlakətlərə davamlı əsasda formalaşdırın"
"Şəhər rəhbərlərinə, bələdiyyə sədrlərinə və qanunverici orqanlara səslənirik: şəhərlərinizi planlı, dayanıqlı və fəlakətlərə davamlı əsasda formalaşdırın". Oxu.Az xəbər verir ki, bunu Türk Dünyası Mühəndislər və Memarlar Birliyinin (TDMMB) sədri İlyas Demirçi Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində keçirilən "Azərbaycanın İlk Milli Dayanıqlılıq Standartının Hazırlanması: Dayanıqlı Təcrübələr Standartı (SPS)" adlı tədbirdə çıxışı zamanı deyib. O bildirib ki, təbii mühiti nəzərə almayan yanaşmaların uzunmüddətli dövrdə ciddi risklər yaratdığı artıq açıq şəkildə görünür: "Bu mərhələdə mühəndislərimizin, memarlarımızın, şəhərsalma mütəxəssislərinin və dizaynerlərimizin üzərinə böyük məsuliyyət düşür. WUF13 şəhərlərin gələcəyi, təhlükəsiz yaşayış mühitləri, ekoloji həssaslıq və dayanıqlı inkişaf prinsiplərinin müzakirə olunduğu mühüm platformadır və bu baxımdan çox əhəmiyyətlidir".
Mənbə oxu.az

Oxşar Xəbərlər