Siyasət

ADSEA rəsmisi: "Suyun idarə edilməsi qlobal səviyyədə əməkdaşlıqla mümkündür"

20 May 2026, 12:47 7 baxış
ADSEA rəsmisi: "Suyun idarə edilməsi qlobal səviyyədə əməkdaşlıqla mümkündür"
"Suyun idarə edilməsi təkcə bir dövlətin məsələsi yox, həm də qlobal səviyyədə əməkdaşlıqla mümkündür". Oxu.Az xəbər verir ki, bu fikirləri Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədr müavini İlqar Gülməmmədov Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində keçirilən tədbirdə deyib. O bildirib ki, su milli təhlükəsizliyin özəyidir: "Su xalqın rifahı üçün əsasdır. Su ehtiyatlarının idarə edilməsi əsas prioritetdirdir. Bu gün Milli Su Strategiyası Azərbaycanın vizyonu formalaşdırır. Burada əsas məqsəd su itkilərinin azalması, iqlim dəyişikliyinə adaptasiyanı ehtiva edir. Azərbaycan ehtiyatlarının idarə edilməsində beynəlxalq partnyorlarla təcrübə mübadiləsi həyata keçirilir. Azərbaycanda su təsərrüfatının idarəedilməsi və ekoloji dayanıqlılığın artırılması məqsədilə qəbul edilən "Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üçün Dövlət Proqramı" strateji əhəmiyyətli islahatlar sənədidir".
Mənbə oxu.az

Oxşar Xəbərlər