Siyasət

Boneyr İnsan Hüquqları Təşkilatının üzvü: "Dekolonizasiya insanları sistemlərdən üstün tutmaq deməkdir"

20 May 2026, 11:55 6 baxış
Boneyr İnsan Hüquqları Təşkilatının üzvü: "Dekolonizasiya insanları sistemlərdən üstün tutmaq deməkdir"
"Mənim xüsusilə həssas yanaşdığım məsələlərdən biri də iqlim dəyişikliyidir. Dənizlərdə yaranan problem, temperatur artımı və ekoloji təzyiqlər bizim gələcəyimizi təhlükə altına alır. Biz gənclər qərar masasında yer almalıyıq". Oxu.Az xəbər verir ki, bunu Boneyr İnsan Hüquqları Təşkilatının üzvü Finies Kristian Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı ilə "Dekolonizasiya prosesində gənclərin şəhərsalmada rolu" mövzusunda keçirilən beynəlxalq konfransda deyib. "Biz inkişafın əleyhinə deyilik. Biz sadəcə istəyirik ki, inkişaf insan hüquqlarına əsaslanan, dayanıqlı, inklüziv və insanmərkəzli olsun. Biz münasib mənzil siyasətləri, bərabər təhsil imkanları, yerli torpaq mülkiyyəti hüquqlarının qorunması, icma mülkiyyətinə investisiya, mədəni irsin qorunması və öz icmalarımızın, öz adalarımızın gələcəyi ilə bağlı qərarların qəbulunda mənalı iştirak tələb edirik. BMT çərçivəsində "İqtisadi, sosial və mədəni hüquqlar haqqında" beynəlxalq paktın (CESCR) 2025-ci ilin oktyabrında yayımlanan "Kingdom of the Netherlands" ilə bağlı 70 illik hesabatı bizə xatırladır ki, insan hüquqları Karib hövzəsinin hər yerində eyni şəkildə tətbiq olunmalıdır, yalnız müəyyən yerlərdə deyil. Bir gənc olaraq mən bərabərsizliyi miras almaq istəmirəm. BMT-nin müvafiq konvensiyaları deyir ki, heç kim geridə qalmayacaq. Bu, hamımızı əhatə edir", - nümayəndə vurğulayıb. Finies Kristian gənclərin hələ də müstəmləkəçi idarəetmə altında qalmasını və öz torpaqları, öz gələcəkləri barədə qərarlardan kənarda saxlanıldığını ədalətsizlik adlandırıb: "Dekolonizasiya insanları sistemlərdən üstün tutmaq deməkdir. Bu, icmaları mənfəətdən üstün tutmaq və gəncləri qərarvermənin mərkəzinə yerləşdirmək deməkdir".
Mənbə oxu.az

Oxşar Xəbərlər