Siyasət

Azərbaycan bizə dəstək oldu, Ermənistan isə... - İran

18 May 2026, 23:21 2 baxış
Azərbaycan bizə dəstək oldu, Ermənistan isə... - İran

İran Azərbaycan və Türkiyəyə heç vaxt heç bir zərbə endirməyib.


Axar.az xəbər verir ki, bu sözləri İran Ali Hərbi Şurasının sədri, ali dini rəhbərin hərbi məsələlər üzrə müşaviri Yəhya Rəhim Səfəvi deyib.


“Müharibə başlayandan (ABŞ/İsrailin İrana 28 fevraldakı hücumu ilə başlayan və 8 aprelə, atəşkəsə qədər davam edən müharibə nəzərdə tutulur - red.) bu günə qədər müxtəlif mərkəzlər İranı Azərbaycan və Türkiyə ilə üz-üzə gətirmək üçün əllərindən gələn hər şeyi etdilər.


Biz Azərbaycana hər şeyi izah etdik və onlar da bunu anladılar. Azərbaycan İrana humanitar yardım göndərdi və müxtəlif təxliyə tədbirləri üçün humanitar dəhliz yaratdı. Bunun özü olduqca böyük addım və dəstəkdir. İran bunu yüksək dəyərləndirir”, - o bildirib.


Səfəvi qeyd edib ki, Ermənistan İrana dost ölkədir:


“Ermənistanın Avropa ilə münasibətlərini normal qarşılayırıq, çünki Avropa müharibədə ideal olmasa da, qənaətbəxş davrandı. Buna baxmayaraq, Ermənistanın ABŞ əsgərini bölgəyə gətirmək istəyi İran üçün suallar doğurur”.

Mənbə axar.az

Oxşar Xəbərlər