Siyasət

Liviya Prezident Şurasının sədri: "Mükəmməl ev sahibliyinə görə Azərbaycana təşəkkür edirəm"

18 May 2026, 17:43 6 baxış
Liviya Prezident Şurasının sədri: "Mükəmməl ev sahibliyinə görə Azərbaycana təşəkkür edirəm"
"Belə mükəmməl ev sahibliyinə görə Azərbaycana təşəkkür edirəm". Oxu.Az xəbər verir ki, bu fikirləri Liviya Prezident Şurasının Sədri Məhəmməd Yunis Əl-Mənfi Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası çərçivəsində (WUF13) keçirilən Liderlər Sammitində deyib. O bildirib ki, Bakı ənənə ilə yeniliyin, irs ilə şəhər inkişafının gözəl nümunəsidir: "Azərbaycana və Birləşmiş Millətlər Təşkilatının Məskunlaşma Proqramına (UN-Habitat) təşəkkürümüzü bir daha ifadə edirik. Forumun nəticələrini hamı üçün daha ədalətli, davamlı və firavan gələcəyə doğru praktiki bir addım kimi səbirsizliklə gözləyirik".
Mənbə oxu.az

Oxşar Xəbərlər